Azərbaycanda 3 yaşlı qız faciəvi şəkildə ölüb
27.04.2020 07:14 Hadisə

Azərbaycanda 3 yaşlı qız faciəvi şəkildə ölüb

“MediaPost” xəbər verir ki, Şirvan rayon sakini, 2017-ci il təvəllüdlü Hüseynova Günay Yusif qızı ötən gün günorta saatlarında yaşadığı evin həyətində oynayarkən üzərinə dəmir dolab aşıb.

Atası Yusif Hüseynov səsə çıxdıqda qızının dolabın altında qaldığını görüb. Onu dərhal Şirvan Şəhər Mərkəzi xəstəxanasına aparıb. Bütün səylərə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı Şirvan rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm