Azərbaycanda 4 məktəb koronavirusa görə bağlanıb
23.02.2021 14:58 Sosial

Azərbaycanda 4 məktəb koronavirusa görə bağlanıb

"Fevralın 22-dək distant təhsilə keçirilmiş siniflərin sayı 84, distant təhsilə keçirilmiş məktəblərin sayı 4-dür". 

Bu barədə "MediaPost"a Təhsil Nazirliyindən məlumat verilib.

Gigiyena və Epidemiologiya mərkəzlərinin qərarına əsasən, distant təhsilə keçirilmiş təhsil müəssisələri Respublika İncəsənət Gimnaziyası, Bakı şəhəri 82 nömrəli, Gəncə şəhəri 37 nömrəli və Ağdam rayonu Əfətli kənd tam orta məktəbləridir.

Xəbərlər şöbəsi

Gündəm