Azərbaycanda 74 nəfər seçkidə iştirakını dayandırıb
29.12.2019 12:40 Daxili siyasət

Azərbaycanda 74 nəfər seçkidə iştirakını dayandırıb

"MediaPost" “Report”-a istinadən məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, 350 nəfər 18 siyasi partiya, 11 nəfər təşəbbüs qrupları tərəfindən, 1447 nəfər isə fərdi qaydada namizədliyini irəli sürüb: "Onlardan 1348 nəfərinin namizədliyi artıq təsdiq olunub, 1142 nəfəri isə artıq imza vərəqələrini götürüb. 159 nəfəri imza vərəqələrin dolduraraq geri qaytarıb və onlardan 27 nəfər qeydə alınıb. 74 nəfər isə özləri seçkilərdə iştiraklarını dayandırıb".

"MediaPost"

Xəbərlər departamenti

Gündəm