Azərbaycanda ağır qəza: 7 nəfər xəsarət alıb - FOTO
01.12.2019 09:38 Gündəm

Azərbaycanda ağır qəza: 7 nəfər xəsarət alıb - FOTO

"Report" un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar rayon mərkəzi xəstəxanasına yerləşdirilib.

Bunlar Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və daha bir nəfərdir.

Faktla bağlı araşdırma aparılır.

Mediapost.az

Azərbaycanda ağır qəza: 7 nəfər xəsarət alıb - FOTO

Xəbərlər departamenti

Gündəm