Azərbaycanda ana azyaşlı oğlunu şişlə yandırdı
12.02.2020 07:34 Hadisə

Azərbaycanda ana azyaşlı oğlunu şişlə yandırdı

“Report”un xəbərinə, hadisə rayonun Azadqaraqoyunlu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini Dünyamalıyeva Könül Bəhlul qızı yaşadığı evdə himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Dünyamalızadə Telman Rafiq oğlunu nadinclik etdiyi üçün cəzalandırıb.

O, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb.

Daha sonra uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (əzab vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

"MediaPost"

Xəbərlər departamenti

Gündəm