Azərbaycanda assosiasiya "Fındıq proqramı" hazırlayıb
18.02.2020 13:09 İqtisadiyyat

Azərbaycanda assosiasiya "Fındıq proqramı" hazırlayıb

"MediaPost" APA-ya istinadən xəbər verir ki, bunu Assosiasiyanın sədri İsmayıl Orucov deyib.

"Kənd Təsərrüfatı Nazirliyi və digər qurumlarla birlikdə Assosiasiya olaraq fındıq proqramını hazırlayıb dövlətə təqdim etmişik. Burada gələcək işimizin necə qurulması, sağlam rəqabətin saxlanılması, Avropada lobbimizin gücləndirməsi (çünki dünya bazarının 80%-i Avropa bazarıdır) məsələləri əks olunub. Proqram dövlət qurumlarına təqdim olunub. Biz strategiyamızı qurmasaq, dünyada 3-cü yerimizi saxlaya bilmərik. Paralel olaraq rəqib ölkələr meydana çıxır. Ərazisi çox olan ölkələr fındıq bağlarının salınmasına başlayıb. Strategiya vaxtında hazırlanıb həyata keçirilməlidir", - deyə İ. Orucov bildirib.

O həmçinin qeyd edib ki, hazırlanan proqram ikiillikdir: "Strategiyada hər bir nazirliyin üzərinə düşən vəzifələr əks olunub. Düşünürəm ki, əgər qurumlar bu vəzifələri öhdələrinə götürsələr yaxın iki ilə proqramı tam həyata keçirmək mümkün olar".

Xəbərlər departamenti

Gündəm