Azərbaycanda aviaşirkətin yarım milyonluq vergi borcu üzə çıxdı
04.08.2020 08:12 Maliyyə İqtisadiyyat

Azərbaycanda aviaşirkətin yarım milyonluq vergi borcu üzə çıxdı

Azərbaycanda aviaşirkətin yarım milyon manatdan çox vergi borcu olduğu üzə çıxıb. Söhbət “Silk WAY Aviaşirkəti” MMC-dən gedir. Dövlət Vergi Xidmətindən “MediaPost”a verilən məlumata görə, şirkətin cari vergi öhdəliyi 583 227 manat təşkil edir. 

Qeyd edək ki, "Silk Way Aviaşirkəti" "Silk Vey Vest Aviaşirkəti" və "Silk Vey Development" MMC ilə birgə "Silk Vey Holdinq"ə daxildir. Holdinq iyunun 22-də nizamnamə kapitalını azaltdığını elan etmişdi. 

Xatırladaq ki, hazırda holdinqin nizamnamə kapitalı 46,1 milyon manat, digər 3 şirkətin nizamnamə kapitalı isə müvafiq olaraq 97 milyon manat, 173,4 milyon manat və 77,3 milyon manatdır.  

Rahim Tarıverdiyev / MediaPost

Xəbərlər şöbəsi

Gündəm