SOCAR avtomobil benzini və dizel yanacağı istehsalını azaldıb
16.10.2020 11:30 Energetika

SOCAR avtomobil benzini və dizel yanacağı istehsalını azaldıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda neft mәhsullarının istehsalı sahәsindә istehsalın ümumi dәyәri 2 mlrd 257,3 mln manat təşkil edib.

“MediaPost”un Dövlət Statistika Komitəsinə  istinadən verdiyi xəbərə görə, bu göstərici әvvәlki ilin yanvar-sentyabr ayları ilә müqayisәdә 5,5% azdır.

Hesabat dövründə ölkədə 852,1 min ton həcmində avtomobil benzini istehsal edilib. Bu isə ötən ilin müvafiq dövründən 6,9% azdır.

İlin  doqquz ayında 161,9 min ton neft-kimya sənayesində istifadə üçün benzin, 356,8 min ton ağ neft,  1 mln 542,5 min ton dizel yanacağı, 42,4 min ton yanacaq mazutu, 147,6 min ton neft koksu, 19 min ton sürtkü yağları, 251,9 min ton neft bitumu istehsal edilib.

Neft-kimya sәnayesindә istifadә üçün benzinin istehsalı 20%, ağ neftin istehsalı 22,5%, dizel yanacağının istehsalı 5,7%, yanacaq mazutunun istehsalı 55,4%, neft koksunun istehsalı 21,9% azalıb. Sürtkü yağlarının  və neft bitumunun istehsalı isə müvafiq olaraq 10,5% və 36,2% artıb.

Qeyd edək ki, ölkədə neft məhsullarının istehsalı SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda həyata keçirilir.

Xəbərlər departamenti

Gündəm