Azərbaycanda sistem dondu - avtomobilləri sığortalamaq olmur
03.03.2020 11:49 İqtisadiyyat

Azərbaycanda sistem dondu - avtomobilləri sığortalamaq olmur

“MediaPost”a verilən məlumata görə, artıq 4 saatdan çoxdur ki, sistem qeyri-işlək vəziyyətdədir.

Belə ki, avtomobillərin icbari sığortası üzrə sığortalanma zamanı sığorta şirkətinin əməkdaşı İcbari Sığorta Bürosunun sığorta sistemi üzərindən məlumatları daxil edərək avtomobil sahibinin maşınını sığorta etdirir. Bu qeydiyyat zamanı avtomobilin texniki pasportu və avtomobilin dövlət nişanı yazılır sistemdə axtarış verilir. Bu zaman avtomobil haqqında məlumatlar monitorda əks olunur. Bu məlumat İSB-nin bazasından götürülür. Hazırda bu sistemə giriş olmadığında məlumatları əldə etmək olmur. Belə ki, bu məlumatlar əldə olunduqdan sonra müştərinin şəxsiyyət vəsiqəsinin pin kodu ilə sistemə giriş edilir və vətəndaşın bütün məlumatları sığorta şirkətinin nümayəndəsinə ötürülür.

Sığorta agentlərindən birinin sözlərinə görə, hətta müştərilərindən biri Yol Polisində qeydiyyatda qalıb. Belə ki. həmin şəxs avtomobilini sığorta etdirib avtomobili adına keçirməlidir, lakin İSB-nin sistemi işləmədiyindən həmin şəxs avtomobili adına keçirə bilməyir.

Məlumat üçün bildirək ki, bu sistemə yalnız avtomobillərin icbarı sığortası üzrə məlumatlar bazaya daxildir. Odur ki, digər sığorta növlərində problem olmadığı bildirilir.

Məsələ ilə bağlı “MediaPost” İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədovla əlaqə saxlayıb. Qurum rəsmisi bildirb ki, gecə 1 radələrində sistemdə müəyyən işlər aparılıb və hazırda sistem işlək vəziyyətdədir.

Xəbərlər departamenti

Gündəm