Azərbaycanda avtoxuliqan həbs edilib
21.04.2020 15:02 Kriminal

Azərbaycanda avtoxuliqan həbs edilib

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "MediaPost"a verilən məlumata görə,Kəlbəcər rayon sakini Malik Mamedov sürücülük hüququ olmadan idarə etdiyi “ZAZ-968” markalı avtomobillə yollarda intizamsızlıq edərək, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq və avtoxuliqanlıq edərək hərəkətlərini videogörüntüyə almaqla müxtəlif sosial şəbəkələrdə yerləşdirib.

Onun barəsində inzibati qaydada protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

M.Mamedov məhkəmənin qərarı ilə 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Xəbərlər departamenti

Gündəm