Azərbaycanda axundun oğlu içkiyə görə saxlanılıb - TƏFƏRRÜAT
01.12.2019 12:16 Gündəm

Azərbaycanda axundun oğlu içkiyə görə saxlanılıb - TƏFƏRRÜAT

Mediapost.az-ın APA-ya istinadən xəbərinə görə, ötən gün rayonun mərkəzi küçəsində Məzahir Feyzulla oğlu Tağıyevin idarə etdiyi “10 LF 572” dövlət nömrə nişanlı "VAZ-2107" markalı minik avtomobili yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılıb.

Yoxlamalar zamanı məlum olub ki, M. Tağıyev içkili vəziyyətdə sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə edir. Saxlanılan şəxs barədə müvafiq qaydalar çərçivəsində tədbir görülüb.

Qeyd edək ki, M. Tağıyev Zərdab rayon Cümə məçidinin axundu Feyzulla Tağıyevin oğludur.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm