Azərbaycanda bank filiallarını bağlayıb, işçilərini ixtisar edir
17.02.2020 09:39 İqtisadiyyat

Azərbaycanda bank filiallarını bağlayıb, işçilərini ixtisar edir

2010-cu ildə təsis edilmiş Bank “BTB” ASC-nin iki filialı bağlanıb.

"MediaPost" Unikal.org-a istinadən xəbər verir ki, bankın “Premium” və “Ticarət” filialı müəmmalı səbəblərdən bağlanmalı olub.

Hazırda ASC-nin “Ticarət” filialı “Muğanbank”a satılıb. “Premium” filialının səhmləri isə baş ofisə köçüb. Bank filiallarının bağlanmasını rəsmən elan etməsə də, artıq orada çalışan 50-dən çox işçi ixtisar olunub.

Qeyd edək ki, yaxın günlərdə daha dörd filialın da bağlanacağı bildirilib. Artıq bankın filallarının bağlanması əmanətçiləri də təşvişə salıb.

Hələlik bank rəhbərliyi bu barədə müştərilərinə rəsmi məlumat vermir.

Bankdan iki filialın bağlanması xəbəri təsdiq edilib.

Xəbərlər departamenti

Gündəm