Azərbaycanda bank sektoru immunitet qazanıb
03.03.2020 10:07 İqtisadiyyat

Azərbaycanda bank sektoru immunitet qazanıb

"MediaPost" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib.

Onun sözlərinə gröə, hazırda Azərbaycanda geniş mənada pul kütləsi 28,5 milyard manatdır ki, bunun da 63 faizi milli valyuta ilə ifadə olunur. Kommersiya banklarının məcmu xarici aktivləri 7,1 milyard manat və xarici öhdəlikləri 1,6 milyard manat olmaqla, xalis xarici aktivləri 5,2 milyard manatdır. Xalis xarici aktivlərdəki müsbət dəyişikliklər həm də Beynəlxalq Bankda aparılan sağlamlaşdırma tədbirləri ilə əlaqədardır. Bir sözlə, kommersiya banklarımızın balansı müsbət zonadadır ki, bu da xarici şoklara qarşı bank sektorunu daha dözümlü edir. Bank sektorunun xarici öhdəliklərinin minimal səviyyədə olması sektora təzyiqin həcmini azaldır.

Vüsal Qasımlının sözlərinə gröə, adətən belə vəziyyətlərdə dollarlaşmanın güclənməsi ehtimalı narahatlıq doğurur. Lakin Azərbaycanda indiki halda onsuz da dollarlaşma səviyyəsi yüksəkdir. Depozitlərdə dollarlaşma səviyyəsi hazırda 55 faiz təşkil edir, hansı ki, 2015-ci ilin əvvəlində - devalvasiyalardan qabaq bu göstərici 37 faiz idi. Deməli, 5 il əvvələ nisbətən depozitlərin dollarlaşması təziyiqi üzrə potensial 1,5 dəfə azalıb. Kredit portfelindədə xarici valyutanın xüsusi çəkisi 1/3-ə bərabərdi. Bu halda əhali və biznes özünü daha sakit aparır.

Bank tənzimlənməsi sahəsində aparılan islahatlar da sektorun rəqabət qabiliyyətinə müsbət təsir göstərir.

Əsas ticarət tərəfdaşlarımızın valyutalarında da hələlik ciddi titrəmələr qeydə alınmır ki, bu da manatın dayanıqlığı üçün vacibdir.

Xəbərlər departamenti

Gündəm