Azərbaycanda bank yeni rəhbərinin kimlər olacağını müəyyən edəcək
2020-ci il 3 aprel tarixində “AGBank” ASC Səhmdarların Ümumi Yığıncağı keçiriləcək. Yığıncaq bankın Cəlil Məmmədquluzadə küç. 102A ünvanında yerləşən binasında keçiriləcəkdir.
“MediaPost” xəbər verir ki, yığıncağın gündəliyinə aşağıdakılar məsələlər daxildir:
İdarə Heyətinin tərkibinin təsdiqi
Müşahidə Şurasının tərkibinin təsdiqi
İdarə Heyətinin 2019-cu il üzrə hesabatı
Audit Komitəsinin hesabatı
Bankın maliyyə nəticələrinin təsdiq edilməsi