Azərbaycanda bir çox banklarda istehlak krediti verilmir
17.04.2020 10:51 İqtisadiyyat

Azərbaycanda bir çox banklarda istehlak krediti verilmir

Məlum olduğu kimi hazırda bütün dünyada koronavirus pandemiyası hökm sürdüyü üçün bir çox sahələrdə işlər dayanıb. Əksər ölkələr daxil olmaqla Azərbaycanda da virusun yayılmasının qarşısının alınması üçün karantin rejimi tətbiq edilir. Belə məhdudiyyətlərin tətbiq edilməsi, müəyyən bankların da işinə təsirsiz ötüşməyib.

Belə ki, “MediaPost”un ölkənin bank sektorundan əldə etdiyi məlumata görə, bir çox banklar kredit verilişində məhdudiyyətlər tətbiq ediblər. Bəziləri isə ümumiyyətlə, kredit verilməsini dayandırıblar.

Əldə etdiyimiz məlumata görə, hazırda istehlak kreditlərini əsasən “Kapital Bank” və Azərbaycan Beynəlxalq Bankı verir. Digər 28 bank isə bunu dayandırıb.

Bank işçisinin “MediaPost”a verdiyi məlumata görə, bəzi banklar istehlak krediti verəndə müştəridən kreditin hansı məqsədlər üçün götürməsinə böyük əhəmiyyət verir. İstehlak krediti yalnız xüsusi vacib əhəmiyyətli məsələlər üçün verilir. Buna misal olaraq tibbi xərclər və müayinə göstərilə bilər.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycanda 30 kommersiya bankı var. Bu banklardan 4-ü hələ karantin rejimindən çox əvvəl kredit verilişini dayandırmışdılar. Bunlar “AGBank”, “Ata Bank”, “Amrahbank” və “Premium Bank”dır.

Xəbərlər departamenti

Gündəm