Azərbaycanda banklar üzrə məcmu kapital tələbləri azaldılır
25.04.2020 11:09 İqtisadiyyat

Azərbaycanda banklar üzrə məcmu kapital tələbləri azaldılır

Azərbaycanda banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq.

"MediaPost" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumatda qeyd olunur: "Biznes və əhaliyə maliyyə xidmətlərinin davamlılığını təmin etmək, kreditləşdirmə imkanlarının artırılması üçün banklara əvvəlki dövrlərdə toplanmış dayanıqlıq yastığından istifadə etməyə imkan yaradılması məqsədilə requlyativ yükün azaldılması istiqamətində tədbirlər nəzərdə tutulur. Bu məqsədlə banklar üzrə məcmu kapital tələblərinin ilin sonunadək 1% azadılması nəzərdə tutulur. Eyni zamanda bankların kapitalına təzyiq yaradan bir sıra digər tənzimləyici tələblər də ilin sonunadək təxirə salınacaq"

Xəbərlər departamenti

Gündəm