Azərbaycanda bankların aktivləri 33 milyard manata yaxınlaşır
28.02.2020 13:50 İqtisadiyyat

Azərbaycanda bankların aktivləri 33 milyard manata yaxınlaşır

“MediaPost” Mərkəzi Banka istinadən xəbər verir ki, bu ötən ilin sonu ilə müqayisədə 140,4 milyon manat və ya 0,4 % çoxdur. Belə ki, ötən il Azərbaycanda bankların aktivləri 32 milyard 722 milyon manat təşkil etmişdi.

Həmçinin ötən ilin sonu ilə müqayisədə bankların öhdəlikləri də artıb. 2020-ci ilin fevral ayının 1-nə olan məlumata görə, bankların öhdəlikləri 21 milyard 660 milyon manat təşkil edib. Bu 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 333,8 milyon manat və ya 1,6% çoxdur. Belə ki, 2019-cu ilin yekununda bank sektorunun öhdəlikləri 21 milyard 326 milyon manat təşkil edtmişdi.

Xəbərlər departamenti

Gündəm