Azərbaycanda bəzi peşələrdə qadın dominantlığı - Səbəbi nədir?
19.11.2019 09:25 Fikirlər

Azərbaycanda bəzi peşələrdə qadın dominantlığı - Səbəbi nədir?

Gender bərabərliyi dövlətçiliyimiz üçün prioritet hesab olunsa da, reallıq onu göstərmir. Son dönəmlərdə bəzi peşələrdə qadın kişi nisbətində qeyri bərabərlik gözə çarpır.

Gənclər peşə seçərkən maddi tərəfə üstünlük verdikləri üçün müəyyən ixtisaslarda bu balans pozulub. Xüsusilə müəllim və həkim ixtisaslarında qadınlar say hesabı ilə üstünlük təşkil edir. Bəzi texniki peşələr var ki, burada qadınlar kəmiyyət baxımından kişilərə uduzur. Maraqlıdır ki, son 8 ilin statistikasına əsasən, tibb sahəsində kişilər sayca qadınlardan xeyli geridə qalır. Belə ki, 2018-ci ildə ölkədəki 32 485 həkimin 21 567-i, başqa sözlə 66,4 faizi qadın , 10 918-i, yəni 33,6 faizi kişi olub. İllərdir, müəllim peşəsində isə kişi sayının azlığı müzakirə olunur. Lakin hələ də gözəçarpacaq dərəcədə yenilik görünmür.

Bu cür balansın pozulması cəmiyyətin gələcək inkişafına nə kimi təsir göstərə bilər?

Azərbaycanda bəzi peşələrdə qadın dominantlığı – Səbəbi nədir?

Mövzu ilə bağlı Mediapost.az-a açıqlama verən təhsil üzrə ekspert Kamran Əsədov bildirdi ki, bu çox aktual mövzudur:

“Qəbul imtahanlarından sonra çıxan nəticələr baxsaq görərik ki, xüsusilə 3 və 4-cü ixtisas qruplarına imtahan verən oğlanları sayı çox aşağıdır. Mən düşünürəm ki, 4-cü ixtisas qrupunda fənlər olduqca çətindir. Bu ağır fənlərdən oğlan abituriyentlər qaçırlar. Digər bir məsələ tibb ixtisası üzrə tələbələrin təhsilini başavurma müddəti bir az çox olduğunua görə oğlanlar bu istiqamətə getmirlər. Yəni burada minimum 6 il, tam biliyə yiyələnmək üçün 12 ilə qədər vaxt tələb olunur. Bu nüans həmin istiqamətə gedən bəylərin sayında ciddi sayda azalma ilə nəticələnir”.

Ekspert bu məsələnin ortaya çıxmasında insanların beynində qəlibləşən “oğlan ixtisası”, “qadın ixtisası” fikirləri də böyük rol oynadığını qeyd etdi:

Azərbaycanda bəzi peşələrdə qadın dominantlığı – Səbəbi nədir?

“İnsanların böyük bir qismi düşünür ki, müəllim və həkim ixtisasları qadın, digər texnoloji ixtisaslar kişilər üçündür. Bu, müəyyən mənada psixoloji tendensiyadır. Ona görə də bəzən ixtisas seçərkən oğlan, qadın məsələsini ortaya atırlar”.

Bu balansın pozulmasını problem kimi görməyən ekspert bildirdi ki, müasir dövrdə hər hansı bir ixtisasa cins faktoru təsir göstərmir:

“Burada əsas olan keyfiyyətli işdir. Bütün ixtisaslarda qadınlar və kişilər hər ikisi müsbət nailiyyətlər əldə edə bilərlər. Lakin müəllim ixtisasında oğlanların sayca azlığı gələcəkdə müəyyən problemlərin ortaya çıxmasını istisna etmir. Xüsusilə oğlan uşaqlarının xarakterinin formalaşmasına mənfi təsir göstərə bilər. Amma tibb sahəsinə bunu aid etmək olmaz. Burada cins, millət faktoru heç bir önəm daşımır. Hətta o həkim düşmən belə olsa, “Hippokrat andı”na görə sizi müayinə etməyə məcburdur”.

Xəbərlər departamenti

Gündəm