Azərbaycanda birmərtəbəli ev yanıb
08.08.2020 20:25 Gündəm Hadisə

Azərbaycanda birmərtəbəli ev yanıb

Mingəçevir şəhərində ümumi sahəsi 250 m² olan bir dam altında tikilən 3 ailənin yaşadığı birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə, içərisində 1 ədəd paltar dolabı və tavan 5 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən “MediaPost”a verilən məlumata gör, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər şöbəsi

Gündəm