Azərbaycanda BOKT istiqrazlarının tədavül müddətini uzadıb
06.11.2020 10:49 Maliyyə

Azərbaycanda BOKT istiqrazlarının tədavül müddətini uzadıb

“Merkuri” QSC bank olmayan kredit təşkilatının (BOKT) təsisçilərinin sentyabrın 26-da keçirilmiş növbəti ümumi yığıncağında istiqrazların emissiya prospektində dəyişikliklər olunub.

“MediaPost” xəbər verir ki, BOKT-un 1 800 gün müddətinə yerləşdirdiyi istiqrazların tədavül müddəti daha 1 800 gün artırılaraq 3 600 günə çatdırılıb.

Qeyd edək ki, “Merkuri” QSC dövriyyəyə hər birinin nominal dəyəri 500 manat olan 3 min ədəd (1,5 milyon manatlıq) faizli, təmin edilməmiş istiqrazlar buraxıb.

Könül Vəliyeva

Gündəm