Azərbaycanda bu gün aparılan test sayı açıqlandı
15.04.2020 18:12 Cəmiyyət

Azərbaycanda bu gün aparılan test sayı açıqlandı

Bu gün Azərbaycanda koronavirusla bağlı 3661 test edilib.

“MediaPost” xəbər verir ki, bu barədə TƏBİB-in aprelin 15-nə açıqladığı statistik göstəricidə qeyd olunub.

Bildirilib ki, indiyədək ölkədə 75 min 397 test edilib.

Qeyd edək ki, bu gün ölkədə koronavirusa 56 yeni yoluxma faktı qeydə alınıb. Ümumi sağalan xəstə sayı 404, ümumi yoluxma faktı isə 1253-dür. Ölkədə Covid-19-dan 13 nəfər dünyasını dəyişib. Aktiv xəstələrin sayı 836-dır.

Xəbərlər departamenti

Gündəm