Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı
12.11.2020 09:42 Cəmiyyət

Azərbaycanda bu məhdudiyyət aradan qaldırıldı

27 sentyabrdan Ermənistan tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət aradan qaldırılıb.

"MediaPost" un məlumatına görə, internetin sürəti bir qədər zəif olsa da, VPN tətbiqləri olmadan internet resurslarına daxil olmaq mümkündür.

İşğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla gün ərzində məhdudiyyətlərin tamamilə aradan qaldırılacağı bildirilir.

Xəbərlər şöbəsi

Gündəm