Azərbaycanda Çin məhsullarına nəzarət gücləndirildi
28.01.2020 13:26 Gündəm

Azərbaycanda Çin məhsullarına nəzarət gücləndirildi

“MediaPost”un verdiyi xəbərə görə, bu barədə qərar Prezident İlham Əliyevin tapşırığı əsasında Baş Nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən müşavirədə səslənib.

Bundan başqa, müvafiq qurumlara Çindən, xüsusilə epidemiya zonasından ölkəyə gələn bütün şəxslərin mütləq şəkildə ciddi tibbi müayinədən keçirilməsi və nəzarət altına alınması, xüsusi riskli hesab olunan və virusun keçə biləcəyi ərzaq məhsullarının siyahısının hazırlanması və ərzaq bazarında həmin məhsullara nəzarətin gücləndirilməsi, səhiyyə ocaqlarında qaynar xətlərin yaradılması, virus və onunla mübarizə metodları haqda əhali ilə maarifləndirmə işlərinin aparılması, vəziyyətlə bağlı əhaliyə mütəmadi məlumat verilməsi tapşırılıb.

Xəbərlər departamenti

Gündəm