Azərbaycanda çinlilərə hücum olmayıb - RƏSMİ
03.02.2020 13:36

Azərbaycanda çinlilərə hücum olmayıb - RƏSMİ

Çində meydana gələn koronavirusla bağlı insanlarda qorxu və panika yaradıb. Hətta Avropada çinlilərə qarşı irqçi hücumlar başlayıb. Belə ki, koronavirusa yoluxmaqdan qorxan bəzi avropalılar çinliləri təhqir edərək onlara qarşı təhqiramiz hərəkətlərə yol veriblər.

Azərbaycanda hələlik koronavirusa yoluxma halı qeydə alınmasa da, bu virusdan qorxan vətəndaşların sayı kifayət qədərdir.

Bəs görəsən, ölkəmizdə çinlilərə qarşı hücum faktı olubmu?

Bu barədə “MediaPost”a açıqlama verən Daxili İşlər Nazirliyinin mətbuat katibi Ehsan Zahidov bu vaxta qədər çinlilərə qarşı hücum faktının qeydə alınmadığını bildirib. Onun sözlərinə görə, sözügedən məsələ ilə bağlı çinli turistlərdən hər hansı şikayət daxil olmayıb.

Billurə Yunus

Xəbərlər departamenti

Gündəm