Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb
24.04.2020 18:27 Gündəm

Azərbaycanda koronavirusa yoluxan tibb işçilərinin sayı açıqlanıb

Azərbaycanda 300-ə yaxın tibb işçisi koronavirusa yoluxub.

"MediaPost" xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bu gün keçirilən brifinqdə çıxışı zamanı deyib.

"Lakin bu o demək deyil ki, onların hamısı iş yerində yoluxub. Əksəriyyəti əlbəttə ki, ailədə və ya başqa yerdə yoluxublar. Hazırda onların 60-70%-i artıq sağalıb və öz işlərini davam etdirirlər. Onların arasında vəziyyəti ağır olan xəstə yoxdur", - nazir müavini söyləyib.

Xəbərlər departamenti

Gündəm