Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub, sağalanların sayı artıb
14.04.2020 14:40 Cəmiyyət

Azərbaycanda daha 49 nəfər koronavirusa yoluxub, sağalanların sayı artıb

Bu barədə "MediaPost"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, şəkərli diabet və ürəyin işemik xəstəliyi olan 1933-cü il təvəllüdlü vətəndaş vəfat edib.

"Hazırkı dövrədək ölkəmizdə 1197 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 351 nəfəri müalicə olunaraq sağalmış, 13 nəfər vəfat etmiş, 833 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 24 nəfərin vəziyyəti ağır, 28 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir" - məlumatda qeyd edilir.

Xəbərlər departamenti

Gündəm