Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlanıb, sağalanların sayı artıb
17.04.2020 16:11 Gündəm

Azərbaycanda daha 57 nəfərdə koronavirus aşkarlanıb, sağalanların sayı artıb

"MediaPost"un xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Qeyd edilir ki, hazırkı dövrədək ölkəmizdə 1340 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 528 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 797 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

"Həmin şəxslərdən 26 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 86.607 test aparılıb" - rəsmi məlumatda bildirilir.

Xəbərlər departamenti

Gündəm