Azərbaycanda daha bir zavod işə düşür
02.03.2020 14:41 İqtisadiyyat

Azərbaycanda daha bir zavod işə düşür

“Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin rezidenti "AzerFloat" QSC-nin şüşə lövhələr istehsalı zavodunda tikinti-quraşdırma işləri tamamlanmaq üzrədir.

"MediaPost" Azərtac-a istinadən xəbər verir ki, 12 hektar ərazidə yerləşən zavod Azərbaycanda termoformalaşdırılmış şüşə lövhələr istehsalı üzrə ilk müəssisə olacaq.

Zavodun 2020-ci ilin birinci yarısında istismara verilməsi nəzərdə tutulur.

İstehsal olunacaq məhsullar daxili tələbatı ödəməklə yanaşı, xarici ölkələrə də ixrac olunacaq.

Xəbərlər departamenti

Gündəm