Azərbaycanda daha iki kənd qazlaşdırılıb
12.11.2020 17:06 Energetika

Azərbaycanda daha iki kənd qazlaşdırılıb

 

Daşkəsən rayonunun Aşağı Daşkəsən və Yevlax rayonunun Bəydilli kəndlərinə təbii qaz verilib.

“Azəriqaz” İstehsalat Birliyindən “MediaPost”a verilən məlumata görə, 92 abonenti olan Aşağı Daşkəsən kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 6613 metr, 118 abonenti olan Bəydilli kəndinin qazlaşdırılması üçün isə birpilləli sistem əsasında ümumi uzunluğu 8863 metr müxtəlif diametrli borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Xəbərlər departamenti

Gündəm