Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 21 % artıb
18.11.2023 14:45 İnfrastruktur

Azərbaycanda dəniz nəqliyyatı ilə yükdaşımaların həcmi 21 % artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə 7 milyon 651 min ton yük daşınıb.

MediaPost Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yükdaşımalar 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21,1 % artıb.

Yüklərin 55,6 %-i neft yükləri təşkil edib.

Dəniz limanları 11 milyon 157,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirib və yüklərin 9 milyon 221,1 min tonunu və ya 82,6 %-i tranzit yüklər təşkil edib.

Noyabrın 1-nə qədər limanlarda qalan yüklərin həcmi 366,7 min ton olub.

Həmçinin cari ilin 10 ayında dəniz nəqliyyat ilə daşınmış sərnişinlərin sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 13,6 % artaraq 20,1 min nəfər olub.

Xəbərlər departamenti

Gündəm