Azərbaycanda dövlət fondu 30 milyon manat borc alıb
14.04.2020 15:35 İqtisadiyyat

Azərbaycanda dövlət fondu 30 milyon manat borc alıb

Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC-nin 30 milyon manat həcmində, 6840 gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə keçirilən hərrac yekunlaşıb.

"MediaPost"un məlumatına görə, istiqrazların yerləşdirmə zamanı hərrac qiyməti 1003.25 manat olub.

Sifarişlərin nominal qiymətlə ümumi məbləği 30 milyon manat təşkil edib. İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 30 milyon manat olub. İstiqrazların ödəmə tarixi 27 noyabr 2038-ci ildir.

Xəbərlər departamenti

Gündəm