Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1 milyard dolları ötüb
03.03.2021 14:42 Maliyyə

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi 1 milyard dolları ötüb

Bu günə qədər İpoteka və Kredit Zəmanət Fondu 32 386 borcalana 1 mlrd 701,24 mln manat (1 milyard ABŞ dolları) məbləğində ipoteka krediti verib.

"MediaPost" xəbər verir ki, bu barədə Fondun açıqlamasında bildirilir.

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 231,27 mln manat məbləğində biznes kreditlərinə zəmanət verib, 619 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.

Xəbərlər şöbəsi

Gündəm