Azərbaycanda əhali əsasən bu sahələrdə işləyir
23.04.2020 11:50 İqtisadiyyat

Azərbaycanda əhali əsasən bu sahələrdə işləyir

“MediaPost” xəbər verir ki, bu ilin yanvar-mart aylarına olan məlumata görə, ölkədə muzdla işləyən işçilərin sayı 1 milyon 641,5 min nəfərdir. Bunun 911,4 mini dövlət , 730,1 mini isə özəl sektorda çalışır.

Özəl və dövlət sektorunda çalışanların sayını birlikdə nəzərə alsaq ölkə üzrə ən çox insan təhsil sahəsində çalışır. Belə ki, muzdla işləyənlərin 336,3 min nəfəri bu sektorda fəaliyyət göstərir.

Ölkədə ikinci ən çox insanın çalışıdığı sahə ticarət və nəqliyyat vasitələrinin təmiri sektorudur. Bu sektorda 294,9 min nəfər çalışır.

Azərbaycanda 3-cü ən çox çalışılan sahə əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi sektorudur. Bu sektorda 134,9 min nəfər işləyir.

Özəl və dövlət sektorunda pay bölgüsünə gəldikdə isə ölkədə özəl sektorda insanlar daha çox ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində işləyir. Belə ki, bu sahədə çalışanların sayı 292,3 min nəfərdir. Dövlət sektorunda isə ən çox təhsil sahəsində çalışılır ki, bu sahədə də işləyənlərin sayı 325,2 min nəfərdir.

Xəbərlər departamenti

Gündəm