Azərbaycanda əhali son üç ayda ödənişli xidmətlərdən daha az istifadə edib
18.04.2020 16:30 Cəmiyyət

Azərbaycanda əhali son üç ayda ödənişli xidmətlərdən daha az istifadə edib

2020-ci ilin yanvar-mart aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 5,5 faiz azalaraq 2 milyard 6,1 milyon manat olub.

"MediaPost"un məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 1 milyard 472,5 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,4 faizini təşkil edib.

Cari ilin yanvar-mart aylarında hər bir ölkə sakini orta hesabla 201,5 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 11,0 manat az müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

Xəbərlər departamenti

Gündəm