Azərbaycanda əhalinin gəlirləri ARTIB
17.03.2023 11:56 Maliyyə

Azərbaycanda əhalinin gəlirləri ARTIB

2023-cü ilin yanvar-fevral ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni ayı ilə müqayisədə 15,2% artaraq 10 milyard 680,3 milyon manata bərabər olub.

MediaPost Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əhalisinin nominal gəlirləri hər nəfərə orta hesabla 1054,2 manat təşkil edib.

Qeyd edək ki, bü dövrdə əhalinin sərəncamında qalan gəlirləri 9 milyard 347,9 milyon manat olub.

Xəbərlər departamenti

Gündəm