Azərbaycanda ən çox işləyənlərin kimlər olduğu məlum olub
23.04.2020 13:01 İqtisadiyyat

Azərbaycanda ən çox işləyənlərin kimlər olduğu məlum olub

“MediaPost” xəbər verir ki, 2020-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı bəlli olub.

Ümumilikdə 2020-ci ilin yanvar-fevral aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 147,8 saat təşkil edib.

Məlumata görə, ən çox orta aylıq işlənmiş iş saatı ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində olub - 156,3 saat.Bir işçiyə düşən orta aylıq ən az işlənmiş iş saatı isə emal sənayesində olub 142,3 saat.

Aşağıdakı cədvəldən 2020-ci ilin yanvar-fevral aylarında iqtisadi fəaliyyət növləri üzrə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı barədə daha ətraflı məlumat almaq olar:

Azərbaycanda ən çox işləyənlərin kimlər olduğu məlum olub

Xəbərlər departamenti

Gündəm