Azərbaycanda ən çox kimlərin işlədiyi məlum olub
19.02.2020 11:54 İqtisadiyyat

Azərbaycanda ən çox kimlərin işlədiyi məlum olub

“MediaPost” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, Azərbaycanda ən çox iş saatı ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində çalışanlarda olub.

Bu sahədə çalışanlarda, 2019-cu ildə bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 159,9 saat olub.

İkinci ən çox işləyənlər su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsində olub. Bu sahədə işləyənlərin orta aylıq işlənmiş iş saatlarının miqdarı 158,3 saat olub.

Ən çox iş saatı olanlar arasında 3-cü pillədə isə elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı ilə məşğul olanlardadır. Bu sahədə çalışanların orta aylıq işlənmiş iş saatı 155,8 saat olub.

Dövlət Komitəsinin məlumatlarına əsasən ötən il işlənmiş iş saatlarına görə, ən az iş saatı təhsil (145,3 saat), daşınmaz əmlak (150,1 saat) və peşə, elmi və texniki fəaliyyət (150,7 saat) sahələrində çalışanlarda olub.

Xəbərlər departamenti

Gündəm