Azərbaycanda gömrük qanunvericiliyini pozan şəxslərin adları xüsusi siyahıya əlavə ediləcək
19.12.2019 16:00

Azərbaycanda gömrük qanunvericiliyini pozan şəxslərin adları xüsusi siyahıya əlavə ediləcək

"Report" xəbər verir ki, dəyişikliklərdən birinə əsasən Azərbaycanda gömrük qanunvericiliyini pozan şəxslərin adları xüsusi siyahıya əlavə ediləcək.

Qərarda deyilir ki, gömrük sərhədini keçən fiziki şəxslər barədə gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda həmin məlumatlar, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə son bir il ərzində barəsində inzibati tənbeh tətbiq edilən və ibtidai istintaqı Dövlət Gömrük Komitəsi tərəfindən aparılan cinayətlərə görə məhkumluğu olan şəxslər barədə məlumatlar “Sərhədkeçmə zamanı xüsusi diqqət siyahısı”na daxil edilir və müvafiq əsaslar aradan qalxdıqda məlumatların aktiv statusu dəyişdirilir.

Mediapost.az

Xəbərlər departamenti

Gündəm