Azərbaycanda güclü yanğın: Ölən və yaralılar var
11.02.2020 06:41 Hadisə

Azərbaycanda güclü yanğın: Ölən və yaralılar var

"MediaPost" bildirir ki, hadisə rayonun Ələsgərli kəndində baş verib. Üç otaqlı, bir mərtəbəli evin yanması nəticəsində bir qadın yanaraq ölüb, iki nəfər - 1978-ci il təvəllüdlü Əhmədov Zöhrab və onun övladı 8 yaşlı Rüstəm yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Onların vəziyyətlərinin ağır olduğu bildirilir.

Hazırda Şəmkir rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.

Hadisənin nə səbəbdən baş verdiyi bilinməsə də, ilkin ehtimal kimi qaz sızması göstərilir.

Xəbərlər departamenti

Gündəm