Azərbaycanda gümüş istehsalı artıb
16.10.2020 12:05 İqtisadiyyat

Azərbaycanda gümüş istehsalı artıb

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda 2 679,1 kq qızıl, 3 259 kq gümüş istehsal edilib.

“MediaPost”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, qızıl istehsalı ötən ilin müvafiq dövründən 3,7% az, gümüş istehsalı 13,5% çox olub.

Qeyd edək ki, Azərbaycanda qiymətli metalların istehsalı “AzerGold” QSC və Böyük Britaniyanın “Anglo Asian Mining” şirkəti tərəfindən həyata keçirilir.

Xəbərlər departamenti

Gündəm