Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 28 %-dən çox artıb
18.11.2023 15:51 İnfrastruktur

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma 28 %-dən çox artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda hava nəqliyyatı ilə 2 milyon 415,2 min nəfər və yaxud 28,3 % çox sərnişin daşınıb.

MediaPost Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, daşımaların 99,9 %-i dövlət, 0,1 %-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma isə 20,3 % azalaraq 277,2 min ton olub.

Gündəm