Azərbaycanda hər 100 nəfərdən 28-i koronavirusa görə narahat deyil
27.04.2020 13:28 Cəmiyyət

Azərbaycanda hər 100 nəfərdən 28-i koronavirusa görə narahat deyil

“MediaPost” xəbər verir ki, “Business Insight” araşdırma mərkəzinin apardığı sorğuya əsasən əhalinin bir qrupu koronavirusa görə, heç bir narahatçılıq keçirmir.

Sorğu Bakı şəhəri də daxil, Azərbaycanın 41 regionunda 2620 nəfər arasında telefon vasitəsi ilə keçirilib.

Nəticədən belə bəlli olub ki, əhalinin təbii olaraq əksəriyyəti (67.6%) koronavirus pandemiyasından nara-hatdır. Qeyd edilənlərə baxmayaraq hər 100 nəfərdən 28-i isə heç bir narahatçılıq keçirmədiyini qeyd edib. Sorğuda iştirak edən qadınların 74%-i narahatçılığını bölüşdüyü halda, kişilərdə bu narahatçılıq cəmi 61%-ə bərabərdir.

Region sakinləri arasında bu narahatçılıq 70% təşkil etdiyi halda, paytaxt sakinləri arasında bu statistika cəmi 61%-dir. Xüsusilə regionlarda sərhəd zonalarında bu narahatçılığın daha çox olduğu müşahidə olunur. Bunlar Lənkəran (71%), Şəki-Zaqatala (71%) və Quba-Xaçmaz (70%) iqtisadi zonalarıdır.

Xəbərlər departamenti

Gündəm