Azərbaycanda həyat sığortasının səhmdarları toplaşır
24.04.2020 08:17 İqtisadiyyat

Azərbaycanda həyat sığortasının səhmdarları toplaşır

"Xalq Həyat” Sığorta Şirkəti ASC-nin səhmdarları toplaşacaq.

“MediaPost” xəbər verir ki, 08 iyun 2020-ci il tarixdə "Xalq Həyat” Sığorta Şirkəti ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir. Yığıncağın keçirilməsi Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 22L ünvanında, saat 15:00-a təyin edilmişdir.

Səhmdarların ümumi yığıncağının gündəliyinə cəmiyyətin 2019-cu il üçün maliyyə hesabatlarının təsdiq edilməsi və İdarə Heyəti ilə bağlı müzakirələr daxildir.

Xəbərlər departamenti

Gündəm