Azərbaycanda hotellərin hansı xidmətlərdən qazandığı açıqlanıb
24.04.2020 10:35 İqtisadiyyat

Azərbaycanda hotellərin hansı xidmətlərdən qazandığı açıqlanıb

Dünyada koronavirus infeksiyasının sürətlə yayılması əksər ölkələrin turizm sektoruna da öz mənfi təsirini göstərib.

"MediaPost" xəbər verir ki, bu hal ölkəmizdə də müşahidə olunmuş və cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə turizm infrastrukturunun əsas elementlərindən olan mehmanxana və mehmanxana tipli müəssisələrin göstəricilərində azalma qeydə alınıb.

Cari ilin birinci rübündə mehmanxanaların gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz azalaraq 60,0 milyon manat olmuşdur ki, onun da 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,8 faizi ictimai iaşə xidmətlərindən, 3,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,8 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.


Xəbərlər departamenti

Gündəm