Azərbaycanda icra başçısının müavinini maşın vurdu - FOTO
09.08.2020 20:27 Gündəm Hadisə

Azərbaycanda icra başçısının müavinini maşın vurdu - FOTO

Sabirabad Rayon İcra Hakimiyyətinin şöbə müdirini avtomobil vurub. 

“MediaPost”un məlumatına görə, Sabirabad Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

img

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Vahid Həsənov Sabirabad rayon İcra Hakimiyyəti başçısının 2-ci müavinidir.Apa

“MediaPost”

Xəbərlər şöbəsi

Gündəm