Azərbaycanda ilk ödənişli yolun açılacağı vaxt bəlli oldu
"Bakı-Quba yolunun 150 km-lik ödənişli istifadə üçün nəzərdə tutulan hissəsi gələn ilin mayınadək istifadəyə veriləcək. Yolun bir hissəsi tam hazırdır və burada xüsusi qurğular da quraşdırılıb".
"MediaPost" xəbər verir ki, bu barədə AAYDA-nın İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, tariflərlə də bağlı artıq müraciət edilib.
S. Məmmədov həmçinin qeyd edib ki, Şamaxı-Quba yolunun tikintisi hələ nəzərdə tutulmayıb.