Azərbaycanda iş adamlarına 13 milyard manat kredit verilib
02.03.2020 14:10 İqtisadiyyat

Azərbaycanda iş adamlarına 13 milyard manat kredit verilib

"MediaPost" Azərbaycan Respublikası Mərkəzi Bankına(AMB)-yə istinadən xəbər verir ki, 2020-ci il fevral ayının 1-nə olan məlumata görə, Azərbaycanda özəl sektora 13 milyard 100 milyon manat kredit verilib. Bu ötən ilin sonuna olan göstərici ilə müqayisədə 33,9 milyon manat və ya 0,3% azdır. Belə ki, ötən ilin sonuna olan göstəriciyə görə, ölkədə özəl sektora 13 milyard 134,3 milyon manat kredit verilib.

Bu ilin fevral ayının 1-nə olan məluamta görə, dövlət sektoruna 1 milyard 106,3 milyon manat kredit verilib. Bu 2019-cu ilin sonuna olan göstərici ilə müqayisədə 215,5 milyon manat və ya 24,2% çoxdur.

Belə ki, 2019-cu ilin sonuna olan göstəriciyə görə, dövlət sektoruna 890,8 milyon manat kredit verilib.

Xəbərlər departamenti

Gündəm