Azərbaycanda kapital bazarı iştirakçılarına yardım ediləcək
25.04.2020 09:57 İqtisadiyyat

Azərbaycanda kapital bazarı iştirakçılarına yardım ediləcək

Mərkəzi Bank tərəfindən koronavirus pandemiyasının kapital bazarı iştirakçılarına yaranmış vəziyyətin mənfi təsirinin azaldılması istiqamətində də tədbirlərin həyata keçrilməsi nəzərdə tutulur.

"MediaPost" Azərbaycan Mərkəzi Bankına (AMB) yə istinadən xəbər verir ki, bu məqsədlə investisiya şirkətlərinin kapital tələblərinin pozulması müşahidə edildikdə təsir tədbirlərin görülməsi 1 yanvar 2021-ci ilədək, investisiya şirkətləri və fond birjası tərəfindən illik audit hesabatların açıqlanması isə 30 sentyabr 2020-ci ilədək uzadılacaqdır. Bununla yanaşı qiymətli kağızları kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış emitentlər tərəfindən hesabatların açıqlanması da 1 ay müddətinə uzadılmışdır.

Eyni zamanda, Milli Depozit Mərkəzinə səhm və istiqrazlarla təkrar bazarda bağlanan əqdlər habelə repo əməliyyatlarının qeydiyyatı üzrə tariflərin 30 sentyabr 2020-ci ilədək investorlardan tutulmaması, Bakı Fond Birjasına isə emitentlərdən korporativ istiqrazlar üzrə listinq tariflərini 1 yanvar 2021-ci il tarixinədək tutulmaması və qiymətli kağızların kütləvi təklif üsulu ilə yerləşdirilməsi zamanı tələb olunan sənədlərin sayının minimallaşdırılması tövsiyə ediləcəkdir.

Qeyd olunan tədbirlər kapital bazarı iştirakçılarının requlyativ yükünü yüngülləşdirməklə investorun tranzaksiya xərclərinin optimallaşıdırılmasını və dövlət qiymətli kağızlar bazarında təkrar bazar əməliyyatlarının daha çevik aparılmasını təmin edilmişdir.

Xəbərlər departamenti

Gündəm