Azərbaycanda keçmiş arvadı kişini ölümlə hədələyib, uşaqları müəmmalı ölüb
03.12.2019 14:26 Gündəm

Azərbaycanda keçmiş arvadı kişini ölümlə hədələyib, uşaqları müəmmalı ölüb

Mediapost.az-ın məlumatına görə, bu barədə Daxili İşlər Nazirliyinin "102" xidmətinə Tərtər rayonu, Babək küçəsi ev 35-də yaşayan, 1991-ci il təvəllüdlü Həşimov Elşən İman oğlu məlumat verib.

O bildirib ki, keçmiş həyat yoldaşı Mehdiyeva Səbinə Oqtay qızı və ailə üzvləri ona zəng edərək öldürəcəkləri ilə hədələyirlər. S.Mehdiyeva həmçinin E.Həşimovun yeni doğulmuş uşağını ona göstərməyəcəyini bildirib. Sonradan məlum olub ki, E.Həşimovun yeni doğulmuş uşağı dekabrın 2-də Tərtər rayon Xəstəxanasında ölüb.

Faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər departamenti

Gündəm