Azərbaycanda kolbasa istehsalı artıb
Azərbaycanda kolbasa istehsalı artıb.
“MediaPost” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2020-ci ilin yanvar ayında 1653,8 ton kolbasa istehsal olunub.
Qeyd edək ki, bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 25,6% çoxdur. 2020-ci il fevral ayının 1-nə olan məlumata görə, anbarlarda kolbasa və kolbasa məmulatlarının hazır məhsul ehtiyatı 11,2 tondur.